Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sinqapurun poçt xidməti dronları sınaqdan keçirir
Sinqapurun poçt xidməti pilotsuz uçan aparat (dron) vasitəsilə Pulau Ubin adasına iki bağlama çatdırıb.
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, havada 2 km məsafə qət etmiş dron məktubu və köynəyi adaya uğurla çatdırıb. Sinqapurun poçt xidməti tərəfindən istifadə olunan dron 500 qram ağırlığında əlavə yükü havaya qaldıra və 2,3 kilometrədək məsafəni qət edə bilər. Poçt xidməti belə çatdırılma sisteminin hazırlanması üçün «Infocomm Development Authority» («IDA») ilə əməkdaşlıq edib.
"Hərçənd ki poçt bağlamalarının dronların köməyi ilə çatdırılması xidmətinin tam işə salınması uzaq gələcəyin məsələsidir, bununla belə bizim ilk addımımız belə sistemin mümkünlüyünü sübut etdi» - «IDA»-nın direktoru Jaklin Pox deyib.
Emil Hüseynov
12/10/15 Çap et