Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” poçt filiallarının kompüter təminatını yaxşılaşdırır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" milli poçt operatoru müxtəlif malların,  kompüter avadanlıqları və xidmətlərinin alınması üzrə 7 müqavilə imzalayıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, müqavilələrin ümumi dəyəri 109 min 223 manatdan yuxarıdır.
 
Bu vəsaitin 15 min manatı Quba Poçt Filialının inzibati binası üçün generator və onun quraşdırma işlərinə, 42 min 940 manatı "Azərpoçt"un Texniki Xidmət Mərkəzinə mal-materialların, 9 min 794 manatı "Azərpoçt"un 4 saylı Poçt Filialına kompüter dəstlərinin və "Epson LX 350" markalı printerin, 8 min 850 manatı 5 saylı Poçt Filialına kondisionerlərin, 9 min 6763 manatı 3 saylı Poçt Filialına     kompüterlərin,      9 min 322 manatı 2 saylı Poçt Filialına kompüter və printerlərin, 13640,8 manatı isə  1 saylı Poçt Filialına texniki avadanlıqların alınmasına yönəldilib.
 
Aynur Vəliyeva




12/10/15    Çap et