Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə dünyada şirkətlərin İT büdcəsi 2 faiz artacaq


“Gartner” analitik şirkəti tərəfindən müxtəlif ölkələrin informasiya texnologiyaları (İT) xidmətlərinin üç minə yaxın rəhbəri arasında keçirdiyi sorğudan məlum olub ki, növbəti ildə İT üçün planlaşdırılan büdcə artımı dünyada 2,2 faiz, Şimali Amerikada 2,3 faiz təşkil edəcək.
 
Bildirilir ki, son beş ildə İT xidmətlərinin büdcəsində artım qeydə alınmayıb, bəzi yerlərdə isə ümumiyyətlə azaldılıb. Lakin analitiklərin fikrincə, büdcənin 2,2 faiz artırılması kifayət etmir. Əksər şirkətlərdə hələ də hesab edilir ki, İT-nin vəzifəsi yalnız biznes proseslərinin avtomatlaşdırılmasından ibarətdir və büdcəyə düzəlişlər etmək lazımdır. Analitiklərin qənaətinə görə, liderlər İT sahəsinə daha çox vəsait yönəldəcək.
 
Sorğunun nəticələrinə əsasən, şirkətlər “rəqəmli gəlirlər”i 16-37 faiz səviyyəsində proqnozlaşdırır. “Rəqəmli gəlirlər” dedikdə İT ilə əlaqədar bütün növ fəaliyyət növlərindən - intellektual avtomatlaşdırma, “Əşyaların interneti”, robotlaşmanın tətbiqindən və elektron kanallar ilə məhsul satışından gəlirlər nəzərdə tutulur.
 
İT xidmət rəhbərlərinin 65 faizi hesab edir ki, dünyada kəskin ixtisaslı kadr çatışmazlığı müşahidə olunur. “Gartner” bu məqsədlə ali məktəblərlə sıx əməkdaşlıq etməyi, eləcə də kadrların təlimi və rotasiyası ilə məşğul olmağı tövsiyə edir, - "Computerworld”  yazır.




12/10/15    Çap et