Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daşkəsəndə rabitə bərpa olunur
Daşkəsən rayonuna düşən dolu nəticəsində bütün təsərrüfat sahələri kimi, rabitə sahəsinə də ciddi ziyan dəyib. Daşkəsən TKQ-nın rəisi Aslan Rüstəmovun ICTnews-a verdiyi məlumata görə, güclü dolu əsasən Xoşbulaq, Zağalı və Qazaxyolçular kəndlərinə düşüb. Sel suları ilə müşahidə olunan dolu ciddi fəsadlar törədib. Nəticədə Telekommunikasiya Qovşağına məxsus 50-yə yaxın telefon dirəyi aşıb, 1000-ə yaxın abunəçi telefonsuz qalıb.
A.Rüstəmov bildirib ki, aparılmış operativ tədbirlər nəticəsində problemin 70 faizi aradan qaldırılaraq abunəçilərin telefonları bərpa olunub. Təbii fəlakət poçt rabitəsi sahəsinə də ziyan vurub. Problemin aradan qaldırılması təmin olunub. Poçt Filialı tərəfindən poçtun mübadiləsi tam olaraq yerinə yetirilib.
09/06/11 Çap et