Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlərin rüblük satışları 300%-i ötüb


“İDC” şirkəti cari ilin ikinci rübü üzrə planşet kompyuterlərin və bukriderlərin statistikasını dərc edib. Hesablamalara əsasən, aprel-iyun ayları ərzində 13,6 milyon planşet satılıb.

Bu, rüblük hesablama üzrə 88,9%, illik üzrə isə 303.8% çoxdur. Yüksək tələbatı nəzərə alaraq, “İDC” 2011-ci il üçün proqnoza düzəliş edib: satışların 62,5 milyon (əvvəl 53,5 milyon rəqəm olacağı bildirilmişdi) olacağı gözlənilir.

“Apple” şirkəti ikinci rübdə bazarın 68.3%-ni tutub. Lakin “Android” planşetlərin payı (26.8%) azalıb. İlin sonuna bu göstəricinin 25,9%-ə qədər azalacağı gözlənilir.

“Research in Motion” şirkəti ikinci rübdə bazarın 4,9%-ni tutub. Bukrider satışları 9% azalaraq, 5,4 milyon təşkil edib.

“Amazon” şirkəti bazarın 51,7%-ni, “Barnes & Noble” şirkəti isə 21,2%-ni tutur, “İDC” şirkətinin hesablamasına əsasən, ilin nəticəsinə görə satış həcmi bütövlükdə 27 milyon olacaq. Xatırladaq ki, daha əvvəl 16,2 milyon olacağı proqnozlaşdırılmışdı.




15/09/11    Çap et