Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil naziri: “2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcək”


2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcək. Təhsil naziri Mikayıl Cabbarov bu haqda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. Nazir qeyd edib ki, istedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb:
 
“Qaliblər arasından ölkəmizi təmsil edəcək komandalar formalaşmış, onlar üçün təlimlər təşkil olunub. Bunun nəticəsində məktəblilərimiz bu il dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar. Artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da ev sahibliyi edir. Bu il dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakı şəhərində keçirilib.”
 
 
 
Həqiqət İSABALAYEVA




13/10/15    Çap et