ABŞ-da insanların istəklərini əvvəlcədən bilən robotlar yaradılacaq
ABŞ-da insanların istəklərini əvvəlcədən biləcək robotların hazırlanması üzərində işə başlanılıb. Texnikadan daha çox polis xidmətində istifadə edilə biləcəyi bildirilir.
Alqoritmin işlənməsi ilə İllinoys Universitetinin alimləri məşğuldur. Bu prinsip əksər sistemlərdə - avtomatik idarəetmə sistemli avtomobillərdə, ekzoskeletlərdə, təyyarələrdə və ya insanın silahdan atəş açmaq və ya maşını hasara tərəf yönəltmək niyyətində olmasını əvvəlcədən biləcək patrul robotlarında yararlı ola bilər.
Bundan başqa, alqoritm avtomatik idarəetmə sistemlərinə pilotun müəyyən təhlükəli hərəkətlər etməsi zamanı təyyarənin şturvalını idarəetməyə imkan verəcək.
Tədqiqata artıq ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) maraq göstərir, -
“ROSBALT” yazır.