Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransa şirkəti son dərəcə təhlükəsiz smartfonunu nümayiş etdirib
Fransanın « Archos» startapı informasiya təhlükəsizliyi sahəsində çalışan İT ekspertlərlə əməkdaşlıq çərçivəsində gücləndirilmiş kommunikasiya mühafizə sisteminə malik «GranitePhone» smartfonunu hazırlayıb. Yeni qurğu ilk növbədə sıravi istifadəçilərə deyil, korporativ sektor üçün nəzərdə tutulub. Qurğunun yüksək dəyəri məhz bu səbəblə izah olunur: şirkətin saytından qurğunu 850 dollar ödəməklə ilkin sifariş etmək olar.
«ICTnews.az» saytı «hitech-vesti.ru» saytına istinadən məlumat verir ki, «Archos» aparatı «Turing Phone» və ya «Silent Circle» kimi digər "təhlükəsiz" telefonlarla mübarizə aparacaq.
«GranitePhone» smartfonu 5 düymlük «Full HD» ekranı, 2 QB əməli yaddaş, 16 QB tutumunda fləş daşıyıcı, «Qualcomm Snapdragon 615» çipseti, 2700 milliamper.saat tutumunda akkumulyatorla təchiz ediləcək. Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 8 mp-dir.
«Archos» şirkətinin nümayəndəsi bildirib ki, smartfonun əsas özəlliyi «Granite OS» əməliyyat sistemidir. Aparatın sistemi zəng və mesajlardan tutmuş, "bulud"da saxlanılan istənilən fayla kimi şifrləyir.
Emil Hüseynov
13/10/15 Çap et