Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” səhmlərin ictimai emissiyasını keçirməkdən niyə boyun qaçırır?


İyun ayında bildirilirdi ki, qiymətli kağızlar və birjalar üzrə ABŞ Komissiyası (SEC) tərəfindən edilən təzyiq nəticəsində “Facebook”, 2012-ci ilin əvvəllərində səhmlərin ilk ictimai emissiyasını keçirəcək.

“Financial Times”-ın verdiyi məlumata əsasən, “Facebook” birjaya çıxışı ləngidəcək.

Qeyd edilib ki, “Facebook” səhmlərin ilk ictimai emissiya prosedurunu 2012-ci ilin 2-ci yarısına keçirməyi planlaşdırır. Bu, sosial şəbəkə yaradıcısı Mark Sukerberqin əməkdaşların diqqətini maliyyə məsələlərinə deyil, xidmətin inkişafına və yeni funksiyaların tətbiqinə cəmləməklə bağlıdır.

Qeyd edək ki, hazırda “Facebook”un kapitalı hesablamalara əsasən, təxminən 80-85 dollar təşkil edir və 2012-ci ilin yazına 100 milyard dollara çata bilər.

2011-ci ilin ilk yarımilliyi dövründə “Facebook”un mədaxili 1,6 milyard dollar olub, bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə yuxarıdır. “Facebook”da qeydiyyatdan keçənlərin sayı 750 milyonu ötür.




15/09/11    Çap et