Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomatlaşdırılmış kitabxana sistemi ilə bağlı bölgələr üçün treninqlər keçirilir


Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı bölgələr üçün növbəti treninqlərə başlanılıb.
 
 
Milli kitabxanada baş tutan treninqlər 10 gün davam edəcək.
 
Treninqdə Yevlax, Füzuli, Tərtər, Xocavənd, Laçın, Ağdam rayon MKS-lərinin və  Respublika Gözdən Əlillər Kitabxanasının mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı, MARC 21 formatını  öyrənəcək, yerlərdə tətbiq edəcəklər.
 
 
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirib.
 
 
SEYMUR
 
 




13/10/15    Çap et