Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Pepsi” şirkəti “Android” sistemli smartfon istehsal edəcək


“Pepsi” şirkətinin Çin bölməsi "Pepsi P1” adlanan smartfon təqdim edəcək. 
 
Oktyabrın 20-də Pekində təqdim ediləcək yeni qurğu “Full HD” (1080p) formatlı 5,5 düymlü displey, 1,7 GHs takt tezlikli “MT6592” prosessor, 2 giqabayt tutumlu operativ yaddaş, 16 giqabaytlıq daxili yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyator, 13 meqapikselli arxa, 5 meqapikselli ön kamera ilə təchiz ediləcək və “Android 5.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Smartfonun qiyməti 1299 yuan (200 dollar) təşkil edəcək.

Ağ rəngdə olacaq qurğunun arxa panelində “Pepsi” loqotipi yer alacaq. Çin bazarı üçün nəzərdə tutulan smartfonun digər ölkə bazarlarına çıxarılması barədə hələ ki məlumat verilmir, - "Telekomzayazır.




13/10/15    Çap et