Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTN elektron xidmətlə bağlı gördüyü işləri açıqlayıb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi e-xidmətlər portalında 2011-2012-ci ildən başlayaraq 6 elektron xidməti əhalinin istifadəsinə verib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov məlumat verib.
O bildirib ki, e-xidmətlərdən 2-si Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilib. Aparat rəhbəri əlavə edib ki, 2015-ci ildə MTN 3 yeni xidməti öz resurslarında yerləşdirib. Bu xidmətlərdən də 2-si Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Hazırda nazirlik 10 elektron xidmət təqdim edir. Bununla yanaşı, “Açıq hökumət” məlumat portalına nazirlik tərəfindən 8 servis əlavə olunub: “Həmçinin nazirlik “Elektron hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsini də təmin edib”.
Aparat rəhbəri vurğulayıb ki, cari ilin sentyabr ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-dan artıq elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
Qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən lisenziyalarla bağlı müraciətlər 2012-ci ildən onlayn qəbul edilir və lisenziyalar haqda məlumatlar elektron formada təqdim olunur. Bu da Azərbaycan Respublikasının Prezidentinin 31 avqust 2015-ci il tarixli Fərmanından irəli gələn bəzi məsələləri özündə əks etdirir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi portala aşağıdakı xidmətləri və servisləri inteqrasiya etmişdir:
1.Fiziki şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu
2.Hüquqi şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu
3.Fiziki şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu
4.Hüquqi şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu
5.E-müraciət, ərizə, şikayət, təkliflər
6.Rəhbər şəxslərin qəbuluna yazılma
7.Qeyri-etik davranış barədə ərizə, şikayət, təkliflər
8.CİS naviqasiya sistemi üzrə xidmətlər (GoMap layihəsi)
9.Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi
10.Arxiv arayışlarının, arxiv sənədlərin çıxarışların, arxiv sənədlərin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
11.Qeyri-hökumət təşkilatlarına qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı müraciətlərin qəbulu
12.Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar
“Açıq hökumət” məlumat portalına təqdim edilmiş servislər aşağıdakılardır:
•Xəritə üzərində koordinatlara görə ünvanın tapılması metodu
•Xəritəyə bir neçə markerin əlavə edilməsi
•Xəritəyə markerin əlavə edilməsi
•İnternet saytın səhifəsinə interaktiv “GoMap.Az” xəritəsinin əlavə olunması
•Verilmiş məntəqənin radius daxil etməklə ətrafında olan obyektlərin axtarışı
•İki məntəqə arasında avtomobil marşrutunun qurulması
•Obyekt axtarışı üzrə məlumatların əldə olunması
•Ünvan axtarışı üzrə məlumatların əldə olunması
SEYMUR
13/10/15 Çap et