“Ford” Çində smart avtomobillərin inkişafına 1,8 milyard dollar investisiya yatıracaq
ABŞ-ın “Ford Motor” avtomobil istehsalçısı Çində “ağıllı” avtomobillərin hazırlanmasına 11,4 milyard yuan (1,8 milyard dollar) investisiya qoyacaq.
Şirkət növbəti beş ildə sürücüsüz idarəetmə və ya avtomobilin smartfonla əlaqəsi kimi müxtəlif “ağıllı” texnologiyalar hazırlamaq niyyətindədir. İstehsalçının icraçı direktoru Mark Fildis bildirib ki, Çin üçün yeni nəsil avtomobillər ölkə istehlakçılarının istəyinə uyğun hazırlanacaq.
“Biz Çin bazarında böyük artım müşahidə edirik. Bu, təkcə avtomobillərin satışı üzrə əsas biznesimizin inkişafı yox, həm də avtomobil almaq istəməyən, lakin mobil həyat tərzi yaşamaq arzusunda olan insanlara xidmətlər göstərmək üçün gözəl imkandır”, -
“Qazeta” yazır.