Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Linkedln”də hakerlərin saxta profilləri aşkar edilib
“Dell Secureworks”in ekspertləri hakerlərin “Linkedln”də saxta profillərin istifadəsi faktlarını aşkar ediblər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şəbəkədə saxta akkauntlardan istifadə edən böyük bir qrup aşkar edilib. Onlarla əlaqə saxladıqda onların real insan olduqları illüziyası yaranır. Bu akkauntlar ətraflı məşğulluq siyahısına, diqqətlə toplanmış əlaqələrə malikdirlər.
Ekspertlər hesab edirlər ki, bu akkauntları gələcəkdə real Linkedln istifadəçilərinə hücum etmək məqsədi ilə “yetişdirirlər”.
Aynur Vəliyeva
14/10/15 Çap et