Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı üzərindən təşkil edilən xidmətdən istifadə qaydaları üzrə Texniki Şərtin müzakirəsi aparılıb
Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə əlaqədar görüş keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, MHM-də baş tutan görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), “Azercell Telekom” MMC, “Azərfon” MMC və “Bakcell LTD” MMC-nin nümayəndələri iştirak edib.
Görüşdə “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı vasitəsi ilə ƏƏSMN və mobil operatorlar arasında təşkil edilən xidmətdən istifadə qaydaları üzrə Texniki Şərt müzakirə edilib.
Texniki Şərt ƏƏSMN-in informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılması ilə əlaqədar hazırlanıb.
Görüş zamanı iştirakçıların 3 gün ərzində Texniki Şərtlə bağlı rəy və təkliflərini MHM-ə göndərmələri və tam şəkildə hazırlanıb birgə razılaşdırıldıqdan sonra Texniki Şərtə uyğun olaraq proqram təminatının yazılmasına başlanılması qərara alınıb.
Qeyd edək ki, təşkil edilən xidmət (veb servis) 2 hissədən ibarətdir:
1.Mobil nömrə siyahısı üzrə ayrı-ayrılıqda cari borc və keçmiş 365 gün ərzindəki ödənilmiş məbləğlər haqqında məlumat.
Bu məlumatların mübadiləsini təmin edəcək servis ancaq “Elektron hökumət” portalı və mobil operatorlar arasında inteqrasiya edilir və daxili şəbəkə üzərindən məlumatlar təhlükəsiz şəkildə ötürülür.
2.Mövcud servis daxil edilmiş FİN üzrə şəxsə aid bütün telefon nömrələri üzrə cari borc və keçmiş 365 gün ərzindəki ödənilmiş məbləğlər haqqında məlumatı geri qaytarır.
Servis ancaq “Elektron hökumət” portalı və ƏƏSMN arasında inteqrasiya edilir. ƏƏSMN “Elektron hökumət” portalı üzərindən 1-ci servis ilə məlumat mübadiləsinə daxil olaraq müvafiq operator tərəfindən məlumatları alır.
CAHANGİR
14/10/15 Çap et