Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Araşdırma: «Android» smartfonlarının 87 faizi təhlükəsiz deyil


Kembricdən olan tədqiqatçıların «Android» platforması ilə işləyən 20400 qurğunun təhlükəsizliyini qiymətləndirmək üçün keçirdiyi tədqiqatın nəticələri ürəkaçan deyil.
 
Məlum olub ki, «Google»un mobil platforması ilə işləyən cihazların 87,7 faizi 11 məlum boşluqdan birinə qarşı dayanıqsızdır.
 
 
«ICTnews.az» saytı «vesti.ru» saytına istinadən yazır ki, tədqiqat üçün məlumatlar hələ 2011-ci ilin mayında «Google Play» internet mağazasına yerləşdirilmiş «Device Analyzer» ödənişsiz mobil proqramının köməyi ilə əldə edilib. Bu proqram istifadəçilərin razılığı əsasında hər gün əməliyyat sisteminin versiyası və onun quraşdırılma nömrəsi kimi məlumatları toplayıb.
 
 
Tədqiqatçıların fikrincə, virus və haker hücumlarına qarşı dayanıqsız «Android» smartfon və planşetlərin əsas günahkarı istehsalçılardır. Məhz onlar mobil əməliyyat sistemi üzrə yeniləmələrin çatdırılmasını gecikdirir. Tədqiqatın nəticəsinə əsasən, «Android» platformasının yeni versiyaları ilə işləyən və vaxtı-vaxtında yeniləmələr alan «Nexus» istehsal xəttinin qurğuları ən təhlükəsiz olub.
 
 
Emil Hüseynov
 
 
 
 
 




14/10/15    Çap et