Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzeriCard" daxili sistemində növbəti yenilənmə işləri aparır
“AzeriCard" prosessinq mərkəzi xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində növbəti yenilənmə işləri aparır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, oktyabrın 16-dan 17-nə keçən gecə, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.
Aynur Vəliyeva
14/10/15 Çap et