Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Windows» sistemində təhlükəli boşluq aşkar edilib


«Vista» platformasından başlayaraq «Windows» əməliyyat sisteminin (ƏS) bütün versiyalarında təhlükəli boşluq aşkar edilib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» resursuna istinadən yazır ki, kibercinayətkarlar «Microsoft»un ƏS-nin bütün versiyalarında, həmçinin «Windows 10» platformasında quraşdırılmış «Internet Explorer» brauzerində aşkar edilmiş boşluq üzərindən sistemə tam giriş əldə edə, həmçinin yeni proqramlar yükləyə, silə və onları işə sala bilərlər.
 
 
İstifadəçi zərərli koddan ibarət xüsusi veb səhifəyə daxil olduqda onun kompüterinə yüklənmiş «Windows» sistemi bu virusa yoluxur. «Microsoft» şirkəti artıq bu boşluğu aradan qaldıran təhlükəsizlik paketi çıxarıb.
 
 
Emil Hüseynov




15/10/15    Çap et