Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Microsoft» şirkəti ilk «Surface Book» noutbukunu 5 gün ərzində satıb qurtarıb
«Microsoft Corp.» 5 gün ərzində «Surface Book» adlı noutbukunun ilk modelinin ehtiyatlarını satıb qurtarıb.
Qeyd edək ki, bu qurğu oktyabrın 6-da keçirilmiş tədbirdə təqdim edilib və dərhal şirkətin saytı üzərindən ilkin sifariş üçün əlçatan olub.
«MarketWatch» nəşri yazır ki, hazırda istifadəçi öz elektron poçt ünvanı ilə şirkətin saytında abunə ola bilər və «Surface Book»un bütün versiyaları üzrə noutbuklar yenidən satışa çıxarıldıqda onlara məlumat göndəriləcək.
«Microsoft»un bahalı qurğular bölməsinin direktoru Panos Panay bundan əvvəl bildirmişdi ki, «Surface Book» noutbuku dünyanın ən nazik və güclü kompüteridir. Çıxarılıb taxılan ekranın diaqonalı 13,5 düym təşkil edir və qurğunun məhsuldarlığı «MacBook Pro» ilə müqayisədə iki dəfə yüksəkdir.
Emil Hüseynov
15/10/15 Çap et