Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Gömrük Komitəsinin daha iki xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib


"Elektron hökumət" portalında istifadədə olan elektron xidmətlərin sırasına yeniləri qoşulub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) "Gömrük rəsmiləşdirilməsi üçün müraciət" və "Rəsmiləşdirmə üçün tələb olunan sənədlərin surətləri" e-xidmətləri portala əlavə olunub.
 
Bu e-xidmətlərdən istifadə yalnız Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş elektron imza ilə mümkündür.
 
Artıq DGK-nin "Elektron hökumət" portalı üzərindən göstərilən e-xidmətlərinin sayı 8-ə çatıb.
 
CAHANGİR




15/10/15    Çap et