Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya polisi uşaqların fotoşəkillərinin sosial şəbəkələrdə yerləşdirilməsinin əleyhinədir


Almaniya polisi valideynlərə müraciət edərək onları sosial şəbəkələrdə uşaqlarının fotoşəkillərini dərc etməməyə çağırıb.

"Bu fotoşəkillər sizin üçün əziz ola bilər, lakin gələcəkdə sizin uşağınız onlara görə utanacaq", - polisin məlumatında deyilir.

Bildirilir ki, fotoşəkillərdən həmçinin xuliqan və pedofillər tərəfindən istifadə oluna bilər. Bununla rastlaşmamaq üçün valideynlərdən məxfilik funksiyalarının quraşdırılması tələb olunur.

Məlumatda vurğulanır ki, uşaqlar şəxsi həyat toxunulmazlığı hüququna malikdirlər.

Məlumata görə, müraciətlə 7 milyondan çox insan tanış olub, - "Qazeta"  yazır. 




15/10/15    Çap et