Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyanın Rio-de-Janeyro ştatının əsgər və zabitlərinə smartfonlardan istifadə qadağan edilib


Braziliyanın Rio-de-Janeyro ştatının hərbi polis rəhbərliyi əsgər və zabitlərə xidmət zamanı smartfon və planşetlərdən istifadəni qadağan edən sərəncam imzalayıb. Sərəncama əsasən, bu müddəaya riayət edilməməsi ağır cinayət pozuntusu hesab ediləcək.
 
 
"Kommunikasiya üçün xidməti radiostansiyadan istifadə etmək lazımdır, yalnız bu qaydaya riayət edən hərbi polis qulluqçusu ictimai təhlükəsizlik sisteminin tamhüquqlu iştirakçısına çevrilir" - dərc edilmiş sərəncamda belə qeyd edilib.
 
 
Sərəncam müəlliflərinin fikrincə, «WhatsApp» kimi populyar smartfon proqramlarının əlverişli olmasına baxmayaraq, xidmətlər məqsədlər üçün istifadə edilməməlidir.
 
 
"Bu, vəzifənin icrasına mane olur, xidmətin təhlükəsizlik, məhsuldarlıq və keyfiyyətini sual altına qoyur" - hərbi polisdən bildirilib.
 
 
 
Emil Hüseynov
 
 
 
 




15/10/15    Çap et