Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda kompüter texnologiyalarını və virtual modelləşmənin istifadəsi ilə unikal əməliyyat keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən əməliyyat baş tutub.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, kompüter texnologiyalarından və virtual modelləşmədən istifadəsi keçirilən unikal əməliyyat çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi üzrə aparılıb. Orta yaşlı qadında aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.
Mikrocərrahiyyə texnikasının tətbiqilə icra olunan əməliyyatın unikallığı ondadır ki, burada həm şişin götürülməsi, həm defektin aradan qaldırılması, eyni zamanda xəstənin protez reabilitasiyası eyni mərhələdə baş tutub.
Əməliyyatdan öncə hazırlıq prosesində ən muasir kompüter texnologiyalarından istifadə etməklə virtual modelləşmə ilə planlaşdırılma aparılıb. Əməliyyat xüsusi naviqasiya qurğudan istifadə etməklə yüksək ixtisaslı cərrahlar tərəfindən həyata keçirilib.
Aynur Vəliyeva
15/10/15 Çap et