Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrə şirkəti casus smartfonun ikinci versiyasını çıxarıb


«BlackPhone» smartfonu «Android» əməliyyat sisteminin (ƏS) dəyişdirilmiş versiyası ilə işləyir. Qurğu öz məxfiliyinin qayğısına qalan zəngin və nüfuzlu müştərilər üçün nəzərdə tutulub.
 
«Blackphone» smartfonunda telefon danışıqları və göndərilən mesajlar hər bir mərhələdə şifrlənir, yalnız kommunikasiya iştirakçıları ötürülən informasiyaya giriş imkanına malikdir. Qurğuda quraşdırılmış bütün proqramlar bağlı rejimdə işləyir: bu, nadir hallardan biridir ki. «Google» müstəqil istehsalçıya «Android» platformasına bu qədər ciddi dəyişmək imkanı yaradıb.
 
«Blackphone» smartfonunun ötən il çıxarılmış birinci versiyası bir neçə həftə ərzində satılmışdı. İstehsalçıların təhlükəsizlik baxımından istifadəçilər üçün əlçatan proqram çeşidini məhdudlaşdırmasına baxmayaraq, yeni smartfona tələbat, həmçinin yüksəkdir.
 
"Biz «BlackBerry» smartfonunun əvəzetməsini yaratdıq" – «Silent Circle» şirkətinin qurucularından biri Mayk Canke deyib. Onun sözlərinə görə, «Fortune 500» siyahısındakı 50 aparıcı şirkətdən 41-i, həmçinin senatorların 90 faizi «Silent Circle» şirkətinin müştərisidir. Dalay Lama, həmçinin «Blackphone» qurğusundan istifadə edir.
 
İndiki gərgin geosiyasi şəraitdə müxtəlif təşkilatlar və fiziki şəxslər daha çox məxfilik haqda düşünürlər, şifrləmə vasitələri daha da geniş yayılır və «Silent Circle» bu qlobal tendensiyadan istifadə etməyi düşünür.
 
Belə texnologiyaların yaradıcıları mürəkkəb vəziyyətdədirlər: bir çox ölkələrin hökumətləri kriptomüdafiənin geniş tətbiqini istəmir. Noyabrda Britaniyanın «GCHQ» kəşfiyyat idarəsinin direktoru Robert Xanniqan şifrləmə vasitələri ilə  məşğul olan şirkətləri terrorçulara kömək etməkdə günahlandırıb.
 
Etiraf etmək lazımdır ki, «Silent Circle» şirkətinin qurğusu savadlı cinayətkarın əlində silah deməkdir. Məsələn, əgər prokurorluq şirkətdən istifadəçilərin məlumatlarını təqdim etməyi tələb etsə, tələbi yerinə yetirmək mümkün olmayacaq, çünki şirkət bu məlumatlara girişə malik deyil.
 
Lakin Canke bildirib ki, «Silent Circle» şirkəti müştərinin smartfonunu asanlıqla bloklaya bilər. Şirkətin məhsullarından FTB və Britaniyanın xüsusi xidmət orqanları istifadə edir.
 
Cankenin fikrincə, hökumətlər deyil, «Facebook» daxil olmaqla böyük şirkətlər kriptomühafizə vasitələrinin yayılmasında əsas maneə olacaq: "İnsanlar Çin, Rusiyanın xüsusi xidmət orqanları haqda danışır, amma məhz İT şirkətləri daha çox məlumat oğurlayır. İstənilən mobil proqram sizin telefonunuzdan bir çox informasiya alır. Şifrləmə isə buna mane olur, ona görə qarşı tərəfdən cavab reaksiyasını gözləmək lazımdır. Bu yeni müharibə olacaq. Yaxın gələcəkdə informasiya neftdən dəyərli olacaq".
 
Emil Hüseynov





15/10/15    Çap et