Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb


Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr ayları ərzində  ölkədəki informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmini açıqlayıb.
 
 
Komitədən verilən məlumata görə, ötən doqquz ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1216,6 milyon manatlıq xidmət göstərib ki, onun da 72,7 faizi əhali sektoruna aid olub.
 
 
2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb.  Bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
 
 
CAHANGİR




16/10/15    Çap et