Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyanın “PRWeb” onlayn xəbər resursu: “Azərbaycan geniş çeşidli imkanları ilə Brüsselin ürəyini fəth etməyə gəlib”


Bu gün Böyük Britaniyanın “PRWeb” onlayn xəbər yayımçısının  saytında “Azərbaycan geniş çeşidli imkanları ilə Brüsselin ürəyini fəth etməyə gəlib”  adlı məqalə dərc edilib.
 


 
 

Məqalədə  Brüsseldə keçirilən biznes forumda Azərbaycan tərəfindən Avropanın Azərbaycan Cəmiyyəti ofisində təqdim edilən geniş çeşidli potensial investisiya  imkanlarını nümayiş edən “Azərbaycan xarici investorların gözü ilə” təqdimatı haqda bəhs edilib.
 
“Benilüks”un direktoru, Belçikanın keçmiş iqtisadiyyat, inkişaf və əməkdaşlıq naziri Mark Verwilghen etiraf edib ki, “Avropanın deyəsən yeni ürəyini kəşf edib. Azərbaycan yeni İpək yolunun növbəti dəfə episentri olacaq. Azərbaycan nəhəng investisiya potensialına malikdir. Bizim məqsədlərimiz eynidir.  Azərbaycan sizin fikirlərinizdədirsə, onda sizin ürəyiniz alovlu, ruhunuz yüksək, bədəniniz isə dinamikdir”- deyə o, ölkəmiz haqda öz təəssüratlarını  bölüşüb.
 
Məqalədə Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov ölkənin investisiya imkanları haqda bəhs edib.
 
Tədbir çərçivəsində xarici şirkət nümayəndələri Azərbaycanı yalnız neft-qaz ixracatçısı olan ölkə kimi qəbul etməyin yanlış yanaşma olduğunu və hazırda ölkədə iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafının önə çəkilməsi və ölkənin artıq regionun İKT mərkəzi olması üçün göstərdiyi səylər haqda bəhs ediblər. Belə ki, bildirilib ki, İKT sektoru son üç il ərzində 3 milyard dollar investisiya cəlb edib. Azərbaycanın, həm də BMT-nin dəstəklədiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın mərkəzi olduğu qeyd edilib və bu layihənin Frankfurtla Honkonq arasında genişzolaqlı birləşmə yaratmaqla Qərbi  və Şərqi Avropa ilə Mərkəzi Asiya arasında rəqəmli fərqin azaldılmasına xidmət edəcəyi qeyd edilib.
 
Biznes forumda iştirak edən TASİM layihəsinin  rəhbəri Zaur Həsənov çıxışında bildirib ki, TASİM Azərbaycan üzərində keçən 3 min kilometr uzunluğunda çətin strateji layihədir və böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir.
 
Aynur Vəliyeva




16/10/15    Çap et