Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”dan 2 SiM kartlı telefon


“Nokia”nın saytında istehsalı ilə bağlı məlumat verilməmiş C2-06 telefonu ilə bağlı informasiya yerləşdirilib. Telefon 2 SiM kartın və sensor ekranın mövcudluğu ilə sələflərindən fərqlənir. . Şəklə əsasən müəyyən etmək olar ki, model vertikal slayder form-faktorunda yerinə yetirilib və fiziki rəqəmli klaviatura ilə təchiz edilib.
Qurğunun texniki xüsusiyyətləri haqqında informasiya mövcud deyil. Yalnız bildirilir ki, “Nokia” C2-06 S40 Touch proqram platformasında hazırlanıb və 2 meqapiksel kamera ilə təchiz edilib. Ehtimal edilir ki, Fin istehsalçısı yaxın həftələrdə telefonla bağlı rəsmi məlumat yayacaq.




09/06/11    Çap et