Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyanın elektronika istehsalçıları sürücüsüz avtomobillərə maraq göstərirlər


Yaxın günlərdə «Hitachi» şirkəti piyadaların avtomobillərlə toqquşmasının qarşısını almağa imkan verən texnologiyanı təqdim edib.

Şirkət belə sistemin yaradılmasında süni intellekt sahəsindəki təcrübəsindən istifadə edib.


Bundan başqa, «Hitachi» şirkətinin ixtirası olan sürücüsüz avtomobilin optimal sürətinin hesablanması metodu indi mövcud olan analoqlardan 200 dəfə daha sürətlidir. Bu texnologiya avtomobilin sürətini daha optimal  tənzimləməyə imkan verəcək ki, bu da öz növbəsində daha komfort səfər şəraitini təmin edəcək.
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Hitachi» şirkətinin qiymətləndirməsinə görə, 2015 maliyyə ilində sürücüsüz avtomobillər üçün komponen satışından 1 trilyon yen (8,29 milyard ABŞ dolları) qazanacaq.
 
Həmçinin «Mitsubishi Electric» şirkətinin sürücüsüz avtomobilləri hərəkət zamanı peyklərdən əldə edilmiş və ətrafdakı obyektlərin vəziyyətini bir neçə santimetr dəqiqliklə müəyyənləşdirməyə imkan verən məlumatları təhlil edir. «Mitsubishi» bu həftə Kamakura şəhərində yerləşən müəssisəsində öz yeni həllini nümayiş etdirib.


«Boston Consulting Group» analitiklərinin proqnozuna görə, 2025-ci ilə sürücüsüz modellər dünya avtomobil bazarının 12-13 faizini təşkil edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, 10 il sonra planetdə hər il təxminən 14,5 milyon maşın satılacaq ki, onların da idarəetməsi sensor və kameralar vasitəsi ilə həyata keçiriləcək. Gəlir əldə edilməsi üçün yeni imkanlar Yaponiyanın elektronika istehsalçılarını cəlb edir və onları avtomobil istehsalçıları ilə daha sıx əməkdaşlığa sövq edir.

 
Emil Hüseynov





16/10/15    Çap et