Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnkişaf etmiş bazarlarda proqramlaşdırılan reklamın bazar payı yüksəlir


Proqramlaşdırılan videoreklam («programmatic video advertising») tədricən inkişaf etmiş rəqəmli bazarda öz yerini tutur. «eMarketer» tədqiqat şirkətinin yeni məlumatlarına görə, 2015-ci ildə ABŞ-da rəqəmli reklam xərclərinin 59 faizi (26,15 milyard dollar) proqram vasitələrinin köməyi ilə reallaşdırılacaq. Videoreklam seqmentində «programmatic advertising» trendinin nüfuzetmə səviyyəsi 39 faiz təşkil edəcək.
 
«ICTnews.az» saytı «tdaily.ru» saytına istinadən yazır ki, proqramlaşdırılan video – bu, rəqəmli videoreklam seqmentində elə bir istiqamətdir ki, elan verənlərə ixtisaslaşdırılmış proqram vasitələrinin hesabına öz reklam kampaniyalarının parametrlərini daha əyani şəkildə idarə etməyə imkan verir.
 
Tədricən belə texnologiyalardan daha aktiv istifadə ediləcək: hesabata əsasən, 2017-ci ildə ABŞ-da videoreklam seqmentində bazarın 65 faizi (7.43 milyard dollar) «programmatic advertising»in payına düşəcək. 2016-ci ildə  84,5 faiz təşkil edəcək.
 
Emil Hüseynov




17/10/15    Çap et