Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"YouTube” platforması 85 ölkədə lokallaşdırılıb


“YouTube” şirkəti videoplatformanın lokal versiyalarını 85 ölkədə istifadəyə verib. Bu siyahıya son əlavə olunanlar arasında Adriatik və Baltikyanı ölkələr, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan və Belarus yer alıb.

 
“YouTube”-un dünya bazarına gələcək nüfuzetməsindən danışan şirkət nümayəndələri qeyd ediblər ki, bu gün platformada gündəlik baxılan videoların 80 faizi ABŞ-dan kənarda yaşayan tamaşaçılar tərəfindən edilir.  
 
Bildirilir ki, platformanın “Youtube.by” və “Youtube.kz” kimi lokal versiyalarının istifadəyə verilməsi kontent müəlliflərinə videosaytın tərəfdaşı olmağa, öz kanallarında pul qazanmağa, eləcə də alət və resurslardan istifadəyə imkan verəcək, - "Mediasat”  yazır.




17/10/15    Çap et