Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«5G» sistemləri sahəsində tədqiqat, işləmələr və standartlaşdırmaya diqqət artırılacaq


İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı şirkətlərin texnologiyalar üzrə baş direktorları (CTO) təsdiqləyib ki, yaxın 5 ildə «5G» sistemləri sahəsində tədqiqat və işləmələr, həmçinin standartlaşdırma prosesinin dəstəyi sahə üçün ən mühüm məsələ olacaq.
 
 
 
«ICTnews.az» saytı «itu.int» saytına istinadən yazır ki, 12-15 oktyabr tarixində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş «ITU Telecom-2015» ilə əlaqədar təşkil edilmiş texnologiyalar üzrə baş direktorların yeddinci illik yığıncağında  İKT sahəsində 14 lider, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)  Telekommunikasiya
Standartlaşdırma Sektorunun strateji rəhbərliyi iştirak edib.
 
 
"İKT dünyanın sabit və davamlı inkişaf yoluna keçməsində əsas rol oynayacaq – texnologiyalar üzrə baş direktorların yığıncağında çıxış etmiş BTİ-nin Baş katibi Xoulin Çjao belə deyib. – Mən sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya liderləri tərəfindən davamlı inkişaf sahəsində qəbul edilmiş 17 məqsədə nail olmağa kömək üçün nəzərdə tutulmuş "ağıllı" şəhərlər, «IoT» proqramları və «5G» sistemlərinin CTO tərəfindən əsas texniki işləmələr kimi tanınmasına görə onlara təşəkkür edirəm".
 
 
2020-ci ildən başlayaraq növbəti illərdə «5G» sistemlərinin rabitə üçün perspektiv özül təmin edəcəyi gözlənilir.
 
 
Emil Hüseynov
 
 




19/10/15    Çap et