Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 36 milyon 465 min manat olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, MR-in 2015-ci ilin 9 ayı ərzindəki sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 faiz artım müşahidə olunub.
Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,9 faiz çoxdur.
CAHANGİR
19/10/15 Çap et