Sorğu: Təhlükəsizliyin təmini İT mütəxəssislərinin ən çətin vəzifələrindən biridir
"Ipswitch" şirkəti sorğu keçirərək İT mütəxəssisləri üçün ən çətin vəzifələrdən birinin sistem təhlükəsizliyinin təminin olmasını müəyyən edib.
Sorğuda Şimali Amerika (61 faiz), AMEA (Avropa, Yaxın Şərq və Afrika) (21 faiz), Asiya-Sakit okean (12 faiz), Cənubi Amerika (3 faiz) regionlarından 2 685 peşəkar mütəxəssis iştirak edib. Respondentlər əsas təhlükə kimi zərərli proqram təminatını, boşluqlar və kiberhücumları göstəriblər.
Bildirilir ki, 2016-cı ildə İT mütəxəssisləri üçün ən çətin vəzifə kibertəhdidlərdən mühafizə (25 faiz), monitorinqin aparılması və şəbəkə və şəbəkə qurğularının fəaliyyətini təmini (19 faiz), eləcə də yeni texnologiyaların tətbiqi (14 faiz) olacaq.
"Mütəxəssislər arasında böyük narahatlıq doğuran məsələlərdən biri yeni texnologiyalardan istifadədir. Ümumilikdə texnologiyalar getdikcə daha da çətinləşir. Məsələn, əksər təşkilatlarda əməkdaşların təxminən 50 faizi daşınan qurğulardan istifadə edir. Buna baxmayaraq şirkətlərin yalnız üçdə bir hissəsi müvafiq təhlükəsizlik sistemini quraşdırır", - "Ipswitch" top-meneceri Cef Loeb bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik sahəsində məsələlər yaxın gələcək üçün narahatlıq doğuran əsas səbəblərdən biri olaraq qalacaq. Bu onunla əlaqədardır ki, İT infrastrukturunun mürəkkəbləşməsi sistemlərdə çoxlu boşluqların və zəif yerlərin yaranmasına gətirib çıxarır. Məhz buna görə istehsalçılar tətbiqi sadə olan texnologiyalar haqqında düşünməlidirlər ki, bu da əlavə çətinlikləri aradan qaldırmağa və riskləri azaltmağa kömək edəcək, -
"SecurityLab" yazır.