Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IAB” yeni internet-reklam standartları yaratmağa çağırır


İnternet saytlarının səhifələrində reklamın sayının artması və bu artımla əlaqədar qurğu resurslarının sərfiyyatının çoxalması əksər istifadəçiləri uzaqlaşdırıb və reklamı blok edən proqramların yayılmasına səbəb olub.

Bu barədə “Internet Advertising Bureau” (IAB) Assosiasiyasının texnologiyalar üzrə vitse-prezidenti Skott Kanninqhem bildirib. Assosiasiyaya internet şəbəkəsində yerləşdirilən reklamda payı 86 faiz təşkil edən 650 təşkilat daxildir.
 
İnternet reklamı üçün texniki standartların hazırlandığı "IAB Tech Lab” bölməsində dörd prinsip əsasında yeni standartların hazırlanması təklif olunur. Bunlar sadəlik, şifrləmə, marağa görə reklam seçiminin dəstəklənməsi prinsipləridir.
 
Vitse-prezident, həmçinin qeyd edib ki, standartlar reklamın artıq alış-veriş etmiş istifadəçiyə yenidən yönəldilməməsini təmin etməlidir. Bundan başqa, bir səhifədə reklamın həcminin məhdudlaşdırılması və reklama baxışın müəyyənləşdirilməsi - istifadəçinin səhifədə yerləşdirilən reklamı görməsi üsullarının hazırlanması tələb olunur. Reklamın şifrlənməsi reklam şəbəkələri vasitəsilə zərərli proqramların göndərilməsi ilə mübarizəyə kömək edə bilər, - "Computerworld www.osp.ru” yazır.
 




19/10/15    Çap et