Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ISG”: Servis İT şirkətlərində iş prosesinin avtomatlaşdırılması ştatı 25 faiz azaldacaq


“Information Services Group” şirkəti tərəfindən təşkil edilən “Sourcing Industry Conference” konfransının iştirakçıları arasında keçirilən sorğunun nəticələrindən məlum olub ki, servis informasiya texnologiyaları (İT) şirkətlərinin əksər mütəxəssisləri bildirib ki, iş prosesinin avtomatlaşdırılması yaxın zamanlarda onlarda ştatın ixtisarına səbəb olacaq.

Rəyi soruşulanların üçdə biri güman edir ki, 2020-ci ilədək ştatlar 25 faiz azalacaq, onların 23 faizi 15-25 faiz, 28 faizi 5-15 faiz azalma gözləyir. Respondentlərin yalnız 5 faizi şirkətlərdə ştatın artacağını düşünür.
 
Sorğu təşkilatçılarının sözlərinə görə, avtomatlaşdırma vasitələrinin təkmilləşdirilməsi əməkdaşların bacarıqlarının artırılması ilə birlikdə İT sistemlərinin etibarlığını və stabilliyini artırır ki, bu da öz növbəsində texniki dəstəyə görə müraciətlərin sayını minimuma endirir. Avtomatika hadisələri qiymətləndirərək problemləri onların müştərilərə təsir etməsindən əvvəl həll edir.
 
Avtomatlaşdırmaya görə iş yerlərinin azaldılmasının yeni texnoloji sahələrdə əməkdaşlara tələbatın artması ilə kompensasiya edilməsinin mümkünlüyü hələ ki tam aydın deyil. Lakin yüksəkixtisaslı mütəxəssislərə tələbatın artması, eləcə də iş yerlərinin sayının ixtisarı gözlənilir, - "Computerworld” yazır.
 
 




19/10/15    Çap et