Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinin sentyabr ayı üzrə istifadə statistikası bəlli olub
Sentyabr ayında “Elektron hökumət” portal (e-gov.az) üzərindən 8 minə yaxın sığortaolunana pensiya kapitalı barədə məlumat verilib
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay portal istifadəçiləri Dövlət Sosial Müdafiə Fondunun “Sığortaolunanlara məlumatların verilməsi” xidmətindən 7853 dəfə faydalanıb.
Bu xidmət vasitəsi ilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatı əldə edirlər.
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
CAHANGİR
19/10/15 Çap et