Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maliyyə Nazirliyinin 3 elektron xidmətinin inzibati reqlamentlərində dəyişikliklər olunub
Maliyyə Nazirliyinin kollegiyası 3 elektron xidmətinin inzibati reqlamentlərində dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliklər “Sığorta, təkrarsığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətlərinin inzibati reqlamentlərini əhatə edib.
Dəyişikliklərə əsasən, inzibati reqlamentlərin 2.2-ci bəndlərində “Bakı şəhəri Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəzlənib.
CAHANGİR
19/10/15 Çap et