Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyada səkiyə qurulmuş «Wi-Fi» moduluna giriş layihəsi işə salınıb
«Virgin Media» telekommunikasiya şirkəti Britaniyanın Çeşam şəhərində səkiyə quraşdırılmış «Wi-Fi» moduluna giriş layihəsini işə salıb.
Əhalisi 21 min nəfərdən ibarət olan Çeşam şəhərinin bütün sakinləri «Wi-Fi»-dan ödənişsiz istifadə edə bilər.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, şəhərin mərkəzi hissəsində yerləşən küçə və dayanacaqlara, həmçinin şəhər parkında «Wi-Fi» texnologiyasına giriş var. Məlumat mübadiləsinin sürəti saniyədə 166 MB təşkil edir. Şirkətin məlumatına əsasən, hər il şəbəkənin əhatə dairəsi 60 faiz artacaq.
"Düz şəhərin mərkəzində yerləşən küçələrdə «Wi-Fi» texnologiyasına qoşulma çox səmərəlidir və bu gün biznesin idarəsi üçün həlledici əhəmiyyətə malikdir və mən fəxr edirəm ki, biz bu layihənin bir hissəsiyik" - Çeşam şəhərinin Nazirlər Kabinetinin üzvü Fred Uilson deyib.
Emil Hüseynov
20/10/15 Çap et