Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da dron sahiblərinin qeydiyyatı üçün federal baza yaradılır
ABŞ prezidenti Barak Obamanın administrasiyası pilotsuz uçan aparat (dron) sahiblərinin qeydiyyatı üçün federal bazanın yaradılması haqda məlumat verib.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, təhlükəsizliyin səviyyəsini aşağı salan icazəsiz dron uçuşlarının sayının artması ilə əlaqədar bu qərar qəbul edilib.
Xəbərdə deyilir ki, bu məsələ ilə bağlı təkliflər noyabrın 20-də müzakirəyə çıxarılacaq, yeni ilədək isə belə sistem artıq yaradılacaq.
Gözləntilərə görə, həmin vaxta kimi satılmış dronların sayı 1 milyona yaxınlaşacaq.
Emil Hüseynov
20/10/15 Çap et