Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya şirkəti mobil ödənişlər sistemini inkişaf etdirir


Yaponiyanın elektronika avadanlığı istehsalçısı “Sony” şirkəti kontaktsız ödənişlər sisteminə regionun bütün ictimai nəqliyyatını qoşmağı planlaşdırır.

“FeliCa” adlanan texnologiya iki tip ödəniş informasiya ötürülməsindən - smartfona yerləşdirilən çipdən və ya plastik kartlı mikroprosessordan istifadə edir. Şirkətin çipləri artıq Honkonqun qatar, avtobus və mağazalarında quraşdırılıb. Gələn ilin baharında sistemin İndoneziyada istifadəyə verilməsi nəzərdə tutulur. “Sony” bu məqsədlə İndoneziyanın “Telkom Indonesia” telekommunikasiya şirkəti ilə saziş imzalayıb. Şirkətlər birlikdə kontaktsız ödənişlər platforması yaradaraq onu ölkənin pərakəndə ticarət şəbəkəsində tətbiq etməyi planlaşdırır.

Yaponiya istehsalçısının “FeliCa” əməliyyatlarına görə məsul olan baş meneceri Kazuyuki Sakamoto hesab edir ki, Cənub-Şərqi Asiya "FeliCa” kimi texnologiyalar üçün əsas bazar ola bilər. Hazırda region ölkələri nəqliyyat sistemini aktiv modernləşdirir və infrastruktura böyük vəsaitlər yatırır, - "Payspacemagazine” yazır. 





20/10/15    Çap et