Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrda vətəndaşa aid fərdi məlumatlar üzrə verilən elektron arayışların sayı 12 mindən çox olub


Sentyabr ayında  "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətindən istifadə sayı 12 mini ötüb.

"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, ötən ay "Elektron hökumət" portalı üzərindən əldə olunan vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışların sayı 12156 ədəd təşkil edib.
"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb.

Hazırda vətəndaşlar 20-yə yaxın bank və bir neçə kredit təşkilatının qoşulduğu bu xidmətdən istifadə edərək kredit almaq və digər məsələlər üçün özlərinə aid fərdi məlumatlar üzrə elektron arayışı formalaşdıra bilirlər.

CAHANGİR





20/10/15    Çap et