Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə: “Bakcell” abunəçiləri internet paketlərini paylaşa bilər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.
 
 
İndi “Bakcell” abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet  paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.
Paketin həcmi Qiymət
800 MB 7 AZN
2 GB 10 AZN
5 GB 15 AZN
10 GB 22 AZN
15 GB 30 AZN
30 GB 45 AZN
 
 
Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini “Bakcell” xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirilir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.
 
 
 “Bakcell” ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in “3G” şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və “4G” şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. “4G” xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə “Bakcell” şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan  yetərincə faydalana biləcəklər”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
 
 
Azərbaycanda mobil internet bazarının lideri olan “Bakcell” şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.




20/10/15    Çap et