Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetdə “Windows 10”-un avtomatik yüklənməsi sübutları peyda olub
İnternetdə “Windows 10”-un istifadəçi təsdiq etmədən avtomatik yüklənməsi sübutları peyda olub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu xüsusiyyət “Windows 7/8”-in cari versiyasının avtomatik yenilənmə opsiyasını seçən istifadəçilərdə peyda olub.
Seçim “Windows 10”-dək avtomatik yenilənmə” opsiyasına keçirilib, bu da əməliyyat sisteminin avtomatik işə salınmasına səbəb olur.
“Microsoft”da proqram quraşdırıcısının fəaliyyətini yanlış adlandırıblar və aşkar edilmiş səhvə görə minnətdarlıqlarını bildiriblər.
Aynur Vəliyeva
20/10/15 Çap et