Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müştərilər «selfi»nin köməyi ilə şəxsiyyəti təsdiq edəcəklər
Londonda yerləşən bir sıra bankların tətbiq etdiyi yeni sistem müştərilər şəxsiyyətin identifikasiyası üçün «selfi» çəkməlidirlər.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, Nyu-Yorklu tərtibatçının yaratdığı «Percieve» proqram təminatı fırıldaqçılıq hallarının aşkarlanması üçün biometrik məlumatlardan istifadə edir. Proqram müştərinin şəxsiyyəti ilə əlaqədar əmin olmaq üçün qəbul edilmiş təsviri təhlil edir. Proqram əlavə yoxlama kimi, həmçinin qəbul edilmiş şəkli «Facebook», «Twitter» və «LinkedIn» kimi sosial şəbəkələrdəki şəkillərlə müqayisə edir. Yoxlama başa çatdıqdan sonra sistem ya ödənişi təqdir edir, ya da fırıldaqçılıq cəhdi haqda məlumat verir.
Məlumata əsasən, Londonun bir neçə iri bankı mövcud proqramın beta-versiyasından istifadəyə başlamağa hazırlaşır. Yeni sistemə keçid qərarı onunla bağlıdır ki, son il ərzində təxminən 5 milyon internet fırıldaqçılıq hadisəsi qeydə alınıb.
Emil Hüseynov
20/10/15 Çap et