Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell”ə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqda memorandum imzalanacaq


Bu gün Bakı Dövlət Universiteti ilə “Azercell Telekom” mobil rabitə operatoru  arasında əməkdaşlıq haqda memorandum imzalanacaq.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu memorandumla “Azercell Telekom” şirkətinə “Tələbə Proqramı 2015” çərçivəsində Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edəcək. Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200  manat məbləğində aylıq təqaüd, telekommunikasiya sahəsi üzrə biliklərini artırmaq imkanı, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
 
Proqramda Azərbaycan ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda yaxşı qiymətlərlə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər.
 
Aynur Vəliyeva




21/10/15    Çap et