Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstanda “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar” mövzusunda keçiriləcək konfransda Azərbaycan təcrübəsindən danışılacaq


Oktyabrın 28-də Almatı şəhərində (Qazaxıstan) "Thomson Reuters" Agentliyi tərəfindən "Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar"  mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, konfransda akademik Fikrət Əliyev Qazaxıstanda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı çıxış edəcək. Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev "Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması" mövzusunda məruzə ilə çıxış edəcək.
 
 
Məlumdur ki, Azərbaycanda dərc olunan 3 elmi jurnal "Thomson Reuters" Agentliyinin Biliklər Bazasına daxil olub. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı  təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verəcək.
 
 
 
Həqiqət İSABALAYEVA




21/10/15    Çap et