Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında “bulud” texnologiyalarının tətbiqi portalın imkanlarının genişləndirilməsinə şərait yaradacaq


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Bulud texnologiyaları: modelləri, xidmətləri və tətbiq sahələri” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.
 
İTİ-dən bildirilib ki, məruzə ilə çıxış edən institutun böyük elmi işçisi Məmməd Həşimov “bulud” texnologiyalarının məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemi olduğunu diqqətə çatdırıb. Bildirib ki, “bulud” texnologiyaları müəyyən resurslara uzaq məsafədən müraciət imkanı verir.
 
“Bulud” texnologiyaları modellərini diqqətə çatdıran məruzəçi qeyd edib ki, bu texnologiyanın ümumi və özəl təyinatlı, qrup və hibrid modelləri geniş tətbiq olunur.
 
O, həmçinin “bulud” texnologiyaları xidmətləri, istifadəçilərə elektron xidmətin yüksək səviyyədə təşkilini təmin edən elektron hökumət sistemi haqqında məlumat verib, bu sahədə ABŞ təcrübəsindən danışıb. Bildirib ki, dünyada ən çox müraciət olunan portallardan biri – ABŞ hökumətinin rəsmi internet portalında xərclərin azaldılması və portalın səmərəliyinin artırılması məqsədilə “bulud” texnologiyaları tətbiq olunur.
 
 
Qeyd edib ki, gələcəkdə Azərbaycanın “Elektron hökumət” portalında “bulud” texnologiyalarının tətbiqi portalın imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
 
 
 
Həqiqət İSABALAYEVA




21/10/15    Çap et