Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti Azərbaycan internet reklamı bazarına maraq göstərir


Dünyanın aparıcı axtarış sistemi olan “Google” şirkəti Azərbaycanda “GoogleAdWords” proqramının tətbiqini genişləndirmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “AdWords” servisi effektiv reklam məlumatlarının hazırlanması üçün nəzərdə tutulmuş çoxsaylı alətlərdən və rahat interfeysdən ibarətdir. Bu sistem reklamın qiymətini azaldır və birbaşa tarketing vasitəsi ilə reklam edilən xidmət və məhsulla maraqlanan müştərini özü tapır.
 
Bu alətlər arasında kontekst reklam sistemi, banner-mübadilə şəbəkəsi, “YouTube”da reklam, mobil əlavələr üçün reklam nəzərdə tutulub.
 
Servisdən istifadə etmək istəyən şirkətlər “Google”-un Qafqazda rəsmi distributoru  “AdZone” şirkətinə müraciət edərək bu sahədə təcrübə ilə tanış ola bilərlər. Hazırda şirkət Azərbaycanda infrastrukturun gücləndirilməsinə sərmayələr yatırıb.
 
 
Aynur Vəliyeva
 




21/10/15    Çap et