Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iki yeni sənədi Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qəbul etdiyi iki yeni qərar artıq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yeni daxil olunan qərarlar "Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi üzrə inzibati reqlament" və "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"lə bağlı olub.
 
Qərarlar adıçəkilən xidmətlərin inzibati reqlamentlərində dəyişikliklərin edilməsi ilə əlaqədar qəbul olunub.
 
Dəyişikliklərə əsasən, "Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndində qeyd olunan "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin" və "Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin" sözləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilib.
 
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 2.2.1-ci yarımbəndində isə "Bakı şəhər Vergilər Departamenti" sözləri "Vergilər Nazirliyi yanında Bakı Vergi Departamenti" sözləri ilə, "2117131" rəqəmləri "AZ17CTRE00000000000002117131" sözləri ilə, "1401555071" rəqəmləri isə "1403006271" rəqəmləri ilə əvəzlənib.
 
Qeyd edək ki, birinci göstərilən qərar oktyabrın 17-dən, digəri oktyabrın 18-dən qüvvəyə minib.
 
CAHANGİR
 
 




21/10/15    Çap et