Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın gələcəkdə robotlar insanları əvəz edəcək?!
«Samsung» şirkəti Cənubi Koreya hökumətinin investisiyası hesabına robot istehsalı üzrə fabrik tikintisinə başlayır. Cənubi Koreya hökuməti ucuz çinli iş qüvvəsini robotlarla əvəzləməyi və bununla da asılılıqdan xilas olmaq barədə düşünür.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, 2018-ci ilə «Samsung» robotlarının kütləvi istehsalı üçün lazım olan mühərrik, kontroller və sensor məlumatları interpretatorlarının istehsalını işə salacaq. Cənubi Koreya şirkətinin məqsədi elektronika istehsalının robotlaşdırılmasıdır.
Hazırda istehsalın 10 faizi robotlaşdırılıb, 2025-ci ilə bu göstəricini 25%-ə qədər çatdırmaq planlaşdırılır.
Emil Hüseynov
21/10/15 Çap et